Kiyevdə Azərbaycan səfirliyinə zərər dəyib

Avqustun 28-də gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları nəticəsində Azərbaycan səfirliyinin binasına ziyan dəyib.
XİN-in məlumatına görə, partlayış səfirliyin yaxınlığında baş verib, nəticədə binanın pəncərələri qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib.
Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb və diplomatik nümayəndəlik fəaliyyətini davam etdirir.
Gülnar