Ərdoğan və Pezeşkian Çində Cənubi Qafqazdakı sülh prosesi barədə danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian Çində keçirdikləri ikitərəfli görüş zamanı Cənubi Qafqazda sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə hər iki ölkənin prezident aparatları bəyanat yayıb.
Türkiyə tərəfinin yaydığı məlumata görə, prezident Ərdoğan regionda davamlı sülhün təmin olunması üçün Ermənistan və Azərbaycan liderləri ilə əlaqə saxladığını bildirib.
“Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında kommunikasiya kanallarının açılması hamımızı maraqlandıran məsələdir”, – Ərdoğan vurğulayıb.
İran prezidentliyinin yaydığı bəyanatda isə Pezeşkian regiondankənar qüvvələrin Cənubi Qafqazdakı mövcudluğuna qarşı olduqlarını bildirib.
“Biz Ermənistanla Azərbaycan arasında imzalanmış sazişləri dəstəkləyirik. Eyni zamanda, Qafqazda regiondankənar qüvvələrin istənilən mövcudluğunun əleyhinəyik”, – o qeyd edib.
Görüş Çin Xalq Respublikasının ev sahibliyi etdiyi beynəlxalq tədbir çərçivəsində baş tutub.
Liderlər ticarət, enerji və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Gülnar