Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən problemlərin mövcud olduğunu bildirib.
Çinə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında danışan Putin, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı ilə tədbir çərçivəsində qısa söhbət etdiyini deyib.
“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyət və ya siyasi konyunktura ilə bağlı suallar yaranır. Problemlər var,” – deyə Putin qeyd edib.
Bununla belə, Rusiya lideri iki ölkə arasında fundamental əlaqələrin və münasibətlərin inkişafına qarşılıqlı marağın mövcud problemləri aradan qaldıracağına inandığını bildirib.