• $ 1.7
  • € 1.9774
  • ₽ 0.021074
  • ₺ 0.0413
  • £ 2.2726

Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb

Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb
04.09.2025 21:28

Rusiya Xarici İşlər Nazirliyi, 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş "Azərbaycan Hava Yolları" (AZAL) təyyarəsinin qəzası ilə bağlı bəzi KİV və sosial şəbəkələrdə yayılan sığorta vəsaitinin ödənilməməsi barədəki məlumatların əsassız olduğunu açıqlayıb.

Rusiya XİN-in bəyanatında qeyd olunub ki, AZAL aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri olan 1,003 milyard rubl məbləğində kompensasiya ödənilib. 

Sığorta ödənişləri, 15 Rusiya vətəndaşı da daxil olmaqla, qəza nəticəsində zərər çəkmiş sərnişinlərə və onların ailələrinə tam şəkildə həyata keçirilib.

Bəyanatda, həmçinin 358,4 milyon rubl məbləğində ümumi sığorta ödənişinin həyata keçirildiyi bildirilib.

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda Reuters agentliyinin sualını cavablayarkən deyib ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulması ilə bağlı Rusiyadan hələ də rəsmi cavab alınmayıb və rəsmi Bakı məsələ ilə bağlı beynəlxalq hüquq mexanizmlərinə müraciət etməyi planlaşdırır.

İyulun 2-də Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, Qaxaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan ekspertiza nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

2024-cü ilin noyabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus “ATR-72” tipli təyyarə Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb
Siyasət 21:28
Rusiya XİN Aktaudakı qəza ilə bağlı açıqlama yayıb
Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşüb
Siyasət 18:04
Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşüb
Prezident sərəncam imzalayıb
Siyasət 13:07
Prezident sərəncam imzalayıb
İlham Əliyevin Çinə səfəri başa çatıb
Siyasət 19:42
İlham Əliyevin Çinə səfəri başa çatıb
Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb
Siyasət 18:44
Putin Rusiya-Azərbaycan münasibətlərindən danışıb
Əliyev San-Marino rəhbərlərini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:37
Əliyev San-Marino rəhbərlərini milli bayram münasibətilə təbrik edib
İlham Əliyev və Vladimir Putin əl tutub
Siyasət 09:09
İlham Əliyev və Vladimir Putin əl tutub
Prezident Çin səfərindən paylaşım edib - Video
Siyasət 21:15
Prezident Çin səfərindən paylaşım edib - Video
Dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına Laçın Hava Limanı əlavə edilib
Siyasət 16:46
Dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına Laçın Hava Limanı əlavə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol