Milli Məclisdə sentyabrın 9-da növbədənkənar sessiya keçiriləcək

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, bir qrup deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılması barədə parlamentin sədri Sahibə Qafarovaya müraciət edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Spiker Sahibə Qafarova müraciəti nəzərə alaraq növbədənkənar sessiyanın keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.