• $
  • £

Şahin Mustafayev Təbrizə getdi, Araz körpüsünə baxıb

Şahin Mustafayev Təbrizə getdi, Araz körpüsünə baxıb
24.09.2025 16:25

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev İrana səfəri çərçivəsində Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz və Culfa şəhərlərində olub, vilayətin valisi Bəhram Sərmətslə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə vilayətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Baş nazirin müavini Şahin Mustafayev vilayətə səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək, körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub. Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə edilib və yerləşmə ərazisinə baxış keçirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Siyasət 11:27
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır
Siyasət 11:04
Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Litvanın Baş naziri Azərbaycana səfər edəcək
Siyasət 09:40
Litvanın Baş naziri Azərbaycana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol