Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoqun qurulduğu qeyd edilib, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirib.
Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüş zamanı Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.