Prezidentdən Xəzərlə bağlı mühüm mesaj

Hələ 2022‑ci ildə Xəzəryanı dövlətlərin zirvə toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80‑ci sessiyasında çıxışı zamanı bildirib.
Prezident vurğulayıb ki, ekoloji fəlakətin gözlənilməz nəticələrinin qarşısını almaq üçün sahilyanı dövlətlərin birlikdə səyləri vacibdir:
“Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil. Azərbaycan həmçinin bu problemin həlli istiqamətində BMT ilə sıx əməkdaşlığa hazırdır.”