İlham Əliyev Putinə təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətə şəxsən nəzarət etdiyinə görə minnətdarlığını bildirib.
“Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu vəziyyəti şəxsən nəzarətdə saxlayırsınız. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, istintaq hər şeyi obyektiv şəkildə araşdıracaq. Ona görə də bir daha minnətdarlığımı ifadə etmək istəyirəm ki, görüşümüz zamanı məhz bu məsələni müzakirəyə çıxarmağı vacib hesab etdiniz,” – dövlət başçısı Düşənbədə Rusiya lideri ilə görüşdə deyib.