Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər iclasda qarşıdan gələn MDB Dövlət Başçılarının Zirvə Toplantısının gündəliyini nəzərdən keçirib, MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq da daxil olmaqla, mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.