Siyasi partiyası olan deputatlara əlavə 1 milyon manat ayrılır

2026-cı ilin dövlət büdcəsində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil etdiyi siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait ayrılıb. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bu məbləğ 2025-ci ilin 5 milyon manatlıq dəstəyindən 1 milyon manat çoxdur.
Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa anews.az-a açıqlamasında bildirib ki, bu partiyaların inkişafı üçün dövlətin verdiyi dəstəkdir.
"Partiyaların və rayon təşkilatlarının saxlanılması, gündəlik cari fəaliyyətlər üçün nəzərdə tutulan məbləğdir. Bu da əsasən parlamentdə təmsil olunan və bəzi olunmayan partiyalara da şamil edilməsi qanunvericilikdə nəzərdə tutulur. Qanunvericiliyin normasına uyğun olaraq bütün subyektlər bunu almaq imkanına sahibdirər", - o bildirib.
Azərbaycan Respublikasının VII çağırış Milli Məclisində 6 siyasi partiya təmsil olunur.
Gülnar Nazimqızı