Azərbaycan Ermənistan üçün tranzit yolunu açdı, Paşinyan isə Türkiyəyə çıxış təklif edir
Azərbaycan Mərkəzi Asiya və Rusiyadan gələn yüklər üçün Ermənistan istiqamətində tranzit yolunu açıb. Cavab olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən Azərbaycana və əks istiqamətdə yük daşımaları üçün Gorus marşrutunu təklif edib.
Paşinyanın təklifinə görə, Alichan–Yexeqnadzor–Sissian–Gorus yolu istifadə oluna bilər. Lakin bu marşrutun işə düşməsi üçün həm Türkiyə–Ermənistan, həm də Azərbaycan–Ermənistan sərhəd keçidlərinin açılması tələb olunur.
Alichan keçidi 1993-cü ildən bağlıdır və Türkiyə bu keçidi yalnız Bakı ilə sülh sazişi imzalanacağı halda açmağa hazır olduğunu bildirib.
Hazırda Bakı Zəngəzur dəhlizi layihəsini prioritet sayır. Azərbaycanın dəhliz üzrə dəmir yolu və avtomobil infrastrukturu tikintisi 2026-cı ildə başa çatmalıdır.
Ermənistan ərazisindən keçən 43 kilometrlik hissədə isə işlər hələ başlamayıb.
Paşinyanın təklif etdiyi marşrut 630 km təşkil edir və mövcud Gürcüstan üzərindən keçən marşrutdan (1200 km) iki dəfə qısadır.
Bu isə daşıma xərclərinin və müddətinin azalması deməkdir. Zəngəzur dəhlizi isə 130–140 km daha qısa olacaq.
Paşinyan bu təklifi Zəngəzur dəhlizinin tikintisi başa çatanadək müvəqqəti həll kimi təqdim edir.
Ermənistanın əsas məqsədi Türkiyəni Alichan sərhəd-keçid məntəqəsini açmağa razı salmaqdır.
Ankara isə bunu yalnız sülh sazişi və ya Ermənistan Konstitusiyasına dəyişikliklərdən sonra mümkün sayır.
N.Təbrizli