Azərbaycan BMT-nin kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayıb
Azərbaycan oktyabrın 25–26-da Vyetnamın paytaxtı Hanoyda keçirilən mərasimdə BMT-nin kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayıb.
Tədbirdə BMT-nin Baş katibi Antoniu Quterreş, Vyetnam prezidenti Lıonq Kuonq, müxtəlif ölkələrin nümayəndə heyətləri və beynəlxalq ekspertlər iştirak ediblər.
Prezident İlham Əliyevin sərəncamına əsasən, sənədi Azərbaycanın adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev imzalayıb.
Konvensiyanın əsas məqsədləri dövlətlər arasında kibercinayətkarlığa qarşı hüquqi əməkdaşlığın gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından sui-istifadənin qarşısının alınması və elektron sübutların toplanması və təqdim edilməsi mexanizmlərinin beynəlxalq tənzimlənməsidir.
Ümumilikdə sənədi 72 ölkə imzalayıb.
N.Təbrizli