• $ 1.7
  • € 1.9763
  • ₽ 0.021317
  • ₺ 0.0405
  • £ 2.2638

İlham Əliyev İmişliyə gedib

İlham Əliyev İmişliyə gedib
28.10.2025 12:56

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.

Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq.

İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.

Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Ana Vətən"də qalmaqal - Partiyanın iki sədri var
Siyasət 14:13
"Ana Vətən"də qalmaqal - Partiyanın iki sədri var
İlham Əliyev İmişliyə gedib
Siyasət 12:56
İlham Əliyev İmişliyə gedib
Azərbaycan BMT-nin kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayıb
Siyasət 09:41
Azərbaycan BMT-nin kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayıb
Azərbaycan Ermənistan üçün tranzit yolunu açdı, Paşinyan isə Türkiyəyə çıxış təklif edir
Siyasət 09:12
Azərbaycan Ermənistan üçün tranzit yolunu açdı, Paşinyan isə Türkiyəyə çıxış təklif edir
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:03
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Avropa ravvinləri konfransı Bakıda keçirilməli olan toplantını ləğv edib
Siyasət 16:34
Avropa ravvinləri konfransı Bakıda keçirilməli olan toplantını ləğv edib
Prezident 2 səfiri geri çağırıb - Sərəncam
Siyasət 16:27
Prezident 2 səfiri geri çağırıb - Sərəncam
Ermənilərin məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub
Siyasət 14:37
Ermənilərin məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub
Tramp və Si Cinpin yaxın günlərdə görüşəcək
Siyasət 09:01
Tramp və Si Cinpin yaxın günlərdə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol