• $ 1.7
  • € 1.9833
  • ₽ 0.02145
  • ₺ 0.0405
  • £ 2.2723

"Ana Vətən"də qalmaqal - Partiyanın iki sədri var

"Ana Vətən"də qalmaqal - Partiyanın iki sədri var
28.10.2025 14:13

Eks deputat Fəzail Ağamalı Ana Vətən Partiyasının hazırkı sədri olduğunu, oğlu Elçin Ağamalı isə əksinə özünün sədr olduğunu deyir. Bu barədə hər iki şəxs anews.az-a açıqlamasında deyib. 

"Hazırda partiyada sədr mənəm.  Biz fasilədə olanda Elçin Ağamalı özünü sədr elan edib.  Hesablayıcı komissiya, qurultay rəhbərinin sədri olmadan özü çıxıb öz namizədliyini elan edib və sədrəm deyib. Mən istefa verməmişəm sən necə sədr ola bilərsən? 2023-cü ildə partiyanın qurultayında sədr seçilmişəm", - Ağamalı deyib. 

Eks deputat bildirir ki, qızına siyasətçi olduğu üçün dəstək olub. 

"Oğlum siyasətçi olmadığı üçün qızıma dəstək olmuşam. Uzun illər partiyada fəaliyyətdə olmaq o demək deyil, ki partiyanın sədri olsun. Partiya sədri olmaq üçün müəyyən kriteriyalar var. Onlara cavab verilməlidir. Onda bu keyfiyyətlər olmadığı üçün onu müdafiə etmirəm. Günay Ağamalı parlamentdədir. Partiyada mənim müavinimdir. Xanım olmağına baxmayaraq, yüksək intellekti, siyasi duyumu var. Siyasi təhlillərini oxuyuram. İstiqamətinin düz olduğunu görürəm. Nə vaxta qədər qabiliyyətli xanımlarımız diskriminasiya olunacaq? Mən bu strotipliyi qırıram. Bu gün Azərbaycan xanımları bütün məsələlərdə öndədirlər. Siyasətdə də öndə olmalıdırlar. Kimin xoşuna gəlir, kimin xoşuna gəlmir özü bilər. Bu mənim mövqeyimdir. Buna qısqanclıq yox kömək etmək lazımdır", - Ağamalı deyib. 

Fəzail Ağamalının oğlu Elçin Ağamalı isə Ana Vətən Partiyasının sədri olaraq özünü görür və deyir ki, yaxın zamanda artıq partiyada işlərə başlayacaq. 

"Qurultayda Fəzail Ağamalı istefa verdi. Bir çox üzvlər öncədən bildirmişdilər ki, partiya sədrliyində məni görürlər. 4 namizədin sədrliyi irəli sürüldü. Onlardan biri mən idim. Namizədliyim müsbət aqışlarla qarşılandı. Fəzail Ağamalı qurultayı təxirə salmaq istədi. Amma biz qurultayın işini başa çatdırdıq və partiyanın sədri mən seçildim. Atamla çox gözəl isti münasibətlərim olub. Ata övladıq sonunda bu iş bitəcək əvvəlki münasibətlərimizə mütləq qayıdacayıq", - o bildirib. 

“Ana Vətən” Partiyası (AVP) 1992-ci ildə təsis olunmuş Azərbaycan Respublikasının siyasi partiyasıdır. Partiyanın təsis qurultayı 1990-cı ilin noyabr ayında keçirilib və qurultayda Fəzail Ağamalı sədr seçilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Siyasət 20:15
Prezident Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Ceyhun Bayramov Səmərqəndə gedib
Siyasət 19:15
Ceyhun Bayramov Səmərqəndə gedib
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Siyasət 18:50
İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul edib
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Siyasət 18:04
Çernoqoriyada azərbaycanlılara qaydalara əməl etmək tövsiyə olunub
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Siyasət 17:54
Sabirabadın bir hissəsində qaz kəsiləcək
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Siyasət 17:01
Prezident bu məhkəmələrə hakimlər və sədrlər təyin etdi- Sərəncam
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Siyasət 16:47
Elton Məmmədova rəsmi xəbərdarlıq edilib
Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş keçirilir
Siyasət 14:10
Azərbaycan və Oman XİN başçıları arasında təkbətək görüş keçirilir
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Siyasət 13:44
Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol