Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik", - məlumatda qeyd olunub.
Son xəbərlər
Daha çox