Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Vüqar Novruzov ona göstərilən etimada görə minnətdarlığını bildirib.