• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb

“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
14.11.2025 14:35

Rusiyanın ötən gecə Kiyevə endirdiyi raket hücumu zamanı “İskəndər” raketinin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Bü barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Prezident sosial şəbəkə “X”də yazıb ki, hücum nəticəsində uşaqlar və hamilə qadın olmaqla onlarla insan yaralanıb, dörd nəfər isə həlak olub.

Zelenskinin sözlərinə görə, hücum zamanı Rusiyanın təxminən 430 dron və 18 raket, o cümlədən ballistik və aero-ballistik raketlərdən istifadə etdiyi ehtimal olunur.

“Bu, insanlara və mülki infrastruktura maksimum ziyan vurmağa hesablanmış məqsədli hücum idi. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycanın səfirliyi ‘İskəndər’ raketinin qəlpələri ilə zədələnib”, – o qeyd edib.

Zelenski bildirib ki, hücumun əsas hədəfi Kiyev olub, zərbələr həmçinin Kiyev, Xarkov və Odessa vilayətlərinə də endirilib.

Prezident əlavə edib ki, bu səhər Sumı vilayətində Rusiya “Zirkon” raketindən istifadə edib.

Zelenski daxili işlər naziri İqor Klimenkonun və Hərbi Hava Qüvvələrinin komandanı Anatoliy Krivonoşkonun xilasetmə işləri və hava hücumundan müdafiə üzrə hesabat verdiyini bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol