• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib
14.11.2025 15:56

14 noyabr 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Kiyevdə ölkənin diplomatik nümayəndəliyinin ərazisinə raket düşməsi ilə bağlı rəsmi etiraz nümayiş etdirilib. Bu barədə XİN məlumat yayıb.

Məlumata görə, noyabrın 14-də saat təqribən 01:00 radələrində Kiyevə raket və dron hücumları zamanı “İsgəndər” tipli raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşüb. Partlayış nəticəsində səfirliyin hasarının bir hissəsi dağılıb, inzibati bina, konsulluq şöbəsi, konstruksiyalar və xidməti avtomobillər zədələnib. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb.

Görüşdə tərəfə bildirilib ki, bu, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinə qarşı ilk belə hadisə deyil. XİN xatırladıb ki:

2022-ci il 10 mart – Xarkivdəki Fəxri Konsulluq aviazərbə nəticəsində ciddi dağıntıya məruz qalıb, 2024-cü il 2 yanvar – Kiyevdə səfirlik binasından 35 metr aralı “Kinjal” raketinin yaratdığı krater aşkar edilib və partlamamış sursat tapılıb, 2025-ci il 28 avqust – Səfirliyə yaxın əraziyə hava zərbəsi endirilib, inzibati bina, konsulluq şöbəsi və səfirin rezidensiyası zədələnib, 2025-ci il 8 və 18 avqust – Odessa vilayətində SOCAR-ın neft bazası dron hücumlarına məruz qalıb və işçilər xəsarət alıb.

Azərbaycan tərəfi bu hücumların ardıcıllığının məqsədyönlü olub-olmaması ilə bağlı suallar doğurduğunu vurğulayıb. Bildirilib ki, diplomatik missiyaların koordinatları 2022-ci ilin aprelində Rusiya tərəfinə təqdim edilib və Rusiyanın Müdafiə Nazirliyi bu məlumatları nəzərə alacağını bildirib.

Görüş zamanı Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların qəbuledilməz olduğu qeyd olunub və Rusiya tərəfindən hadisəyə dair ətraflı araşdırma və izahat tələb edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol