• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

Əli Əsədov AİB prezidenti ilə görüşüb

Əli Əsədov AİB prezidenti ilə görüşüb
14.11.2025 18:05

Noyabrın 14-də  Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb, Azərbaycanda perspektivli infrastruktur layihələrə dair müzakirə aparılıb.Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib.

Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamanda nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.

Azərbaycanın Asiya İnkişaf Bankının az inkişaf etmiş ölkələrə yardım göstərilməsi təşəbbüsünün iştirakçısı olduğu, ölkəmizin Bankın Asiya İnkişaf Fonduna ianələr ayırdığı diqqətə çatdırılıb.

Eyni zamanda Azərbaycanda yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, həmçinin bu ərazilərin investisiya potensialı barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında cari ilin iyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları, o cümlədən metro şəbəkəsinin genişləndirilməsi, dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi, su təchizatı sisteminin yaxşılaşdırılması və ikitərəfli gündəlikdə duran bir sıra digər perspektivli layihələr müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Siyasət 18:05
Əli Əsədov AİB prezidenti ilə görüşüb
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Siyasət 17:15
Milli Məclis 3 gün büdcə layihəsini müzakirə edəcək
Azərbaycan Rusiyaya nota verib
Siyasət 15:56
Azərbaycan Rusiyaya nota verib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Siyasət 14:35
“İskəndər” raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə düşüb
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
Siyasət 14:14
Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə nəqliyyat xətlərinin təhlükəsizliyini müzakirə edib
ADB prezidenti Bakıda səfərdədir
Siyasət 12:05
ADB prezidenti Bakıda səfərdədir
Əliyev: Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyi üçün əməkdaşlıq həyati əhəmiyyət kəsb edir
Siyasət 11:28
Əliyev: Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyi üçün əməkdaşlıq həyati əhəmiyyət kəsb edir
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol