• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib
15.11.2025 20:50

Fransa Rusiya tərəfindən Ukraynaya endirilən, o cümlədən Azərbaycan səfirliyinə də ziyan vurulmasına səbəb olan raket və pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyib.Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Fransa 13-dən 14 noyabra keçən gecə Rusiya Federasiyası tərəfindən həyata keçirilən və əsasən Ukraynanın paytaxtı Kiyevə, onun energetika infrastrukturlarına, yaşayış məhəllələrinə və xəstəxanaya yönəlmiş kütləvi zərbələri ən qəti şəkildə pisləyir. Hücumlar nəticəsində çoxsaylı mülki vətəndaşlar, o cümlədən uşaqlar həlak olub və yaralanıb. Azərbaycan səfirliyi də zərər görüb.

Bu misilsiz miqyaslı hücumlar – təxminən 430 pilotsuz uçuş aparatı və 18 raket – yeni bir eskalasiya olmaqla yanaşı, Rusiyanın sülh naminə çalışmağa hazır olmadığını bir daha göstərir.

Fransa Ukrayna ilə, onun xalqı və hakimiyyəti ilə, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəyliyini ifadə edir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Fransa bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyi artırmaq və Rusiyaya təzyiqi gücləndirmək üçün səylərini davam etdirəcək ki, o, müharibəni dayandırsın", - deyə bəyanatda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol