• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

ABŞ Maduronun sürgün ediləcəyi ölkələri müzakirə edir — variantlar arasında Azərbaycan da var

ABŞ Maduronun sürgün ediləcəyi ölkələri müzakirə edir — variantlar arasında Azərbaycan da var
17.11.2025 07:13

ABŞ administrasiyası Venesuela prezidenti Nikolas Maduro və onun yaxın çevrəsinin hansı ölkəyə sürgün oluna biləcəyini müzakirə edir. Bu barədə Politico bir neçə dövlət rəsmisinə istinadən xəbər verib.

Məlumata görə, mümkün istiqamətlər sırasında Azərbaycan, Kuba, Rusiya və Türkiyə var.

Prezident Donald Trampın köməkçiləri Maduroya “təhlükəsiz çıxış” təmin edilməsini təklif edir, digərləri isə onun həbs olunaraq ABŞ-da məhkəməyə verilməsinin tərəfdarıdır.

ABŞ rəsmiləri həmçinin anti-narkokartel əməliyyatları fonunda mümkün hərbi təzyiqlərin Venesuelada daxili qarşıdurma yaradacağı və Maduronun hakimiyyətdən uzaqlaşmasına səbəb ola biləcəyini qiymətləndirir.

Vaşinqton keçid hökumətinin təhlükəsizliyini təmin etmək üçün üçüncü ölkələrdən özəl mühafizə şirkətlərinin cəlb edilməsini də nəzərdən keçirir.

Müzakirələr Dövlət Departamenti, Müdafiə Nazirliyi, Enerji Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər qurumlarda aparılır.

Politico-nun məlumatına görə, ABŞ təkcə müxalifətlə deyil, Venesuelada digər nüfuzlu şəxslərlə də əlaqə saxlayır.

Bu fonda The Atlantic yazıb ki, Maduro amnistiya, onun tutulmasına görə qoyulmuş mükafatın ləğvi və rahat sürgün təmin edildiyi təqdirdə istefaya getməyə hazırdır.

ABŞ Ədliyyə Nazirliyi onu 2020-ci ildə narkoticarətdə iştirakda ittiham etmişdi; 2025-ci ilin avqustunda Maduronun tutulmasına görə mükafat $15 milyon-dan $50 milyon-a qaldırılıb. Tramp isə bu ay “Maduronun prezidentliyinin sonuna yaxınlaşdığını” bəyan edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Siyasət 18:11
İran XİN başçısı Azərbaycana səfərə yola düşüb
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Siyasət 13:31
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Siyasət 13:19
Leyla və Arzu Əliyevalar Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Siyasət 10:00
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol