• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Fərid Əhmədov BƏƏ-nin ədliyyə naziri ilə görüşüb

Fərid Əhmədov BƏƏ-nin ədliyyə naziri ilə görüşüb
27.11.2025 16:12

Ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb.

Bu barədə  Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun icrasını dəstəkləyəcək yeni Əməkdaşlıq Proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi bildirilib.

Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş keçirib.

Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərid Əhmədov BƏƏ-nin ədliyyə naziri ilə görüşüb
Siyasət 16:12
Fərid Əhmədov BƏƏ-nin ədliyyə naziri ilə görüşüb

Roma Papası XIV Leonun Türkiyəyə səfəri başlayıb
Siyasət 13:52
Roma Papası XIV Leonun Türkiyəyə səfəri başlayıb


Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib
Siyasət 13:18
Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

Azərbaycan–İordaniya sənədləri imzalanıb
Siyasət 13:09
Azərbaycan–İordaniya sənədləri imzalanıb
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Siyasət 23:46
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Siyasət 20:59
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Siyasət 20:07
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Siyasət 18:05
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Siyasət 16:40
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol