Milli Məclisdə Azərbaycan dilinin inkişaf strategiyası ilə bağlı konfrans keçirilir
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilir.
Tədbirdə Milli Məclisin sədri, komitə rəhbərləri və deputatlar, AMEA-nın prezidenti, elm və təhsil naziri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədri və digər dövlət rəsmiləri iştirak edir.
Konfransda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi çağırışlar, ana dilinin milli kimliyin əsası kimi qorunması, təhsildə və gələcək nəsillərə ötürülməsində Azərbaycan dilinin rolu müzakirə olunur.
Proqram ayrıca AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi, Azərbaycan ədəbi dilinin vahid norması, mediada dilin qorunması və milli identiklik baxımından coğrafi adların düzgün istifadəsi məsələlərini əhatə edir.
Gülnar Nazimqızı