Televiziyalarda Azərbaycan dilində verlişlər yeni formatda hazırlanmalıdır - AMEA sədri
Azərbaycan dilinin mediada – xüsusilə də televiziya məkanında – qorunması və yeni formatlarda təqdim olunması da ön plana çıxır. Bunu AMEA-nın prezidenti İsa Həbibəyli parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda bu istiqamətdə müəyyən institusional baza formalaşıb və Prezidentin verdiyi tapşırıqlar həmin prosesin hərəkətverici qüvvəsi kimi qəbul olunur. Prezident İlham Əliyevin AMEA-da çıxışı isə bu sahədə əsas konseptual mövqe kimi qiymətləndirilir.
Həbəbbəyli vurğulayıb ki, akademiyada Azərbaycan dilinin mövcud çağırışları xüsusi yer tutur.
"Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ana dilinə xüsusi həssaslıq ənənəsinin İlham Əliyev tərəfindən davam etdirilməsi dil siyasətinin strateji xəttini müəyyən edir. Televiziya kanallarında Azərbaycan dili ilə bağlı verilişlərin yeni formatda hazırlanması, daha peşəkar, cəlbedici və maarifləndirici şəkildə təqdim olunması vacib hesab olunur", - o bildirib.
Gülnar Nazimqızı