• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
10.12.2025 18:45

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərind "Avaza" Milli Turizm Zonasında "Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar.

Ekspozisiyada ölkənin müxtəlif sahələrdə uğurlarını əyani təqdim edən, qadınların dövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və səhiyyədə fəal iştirakını göstərən stendlər də yer alıb.

Konfrans qadınların rolunun gücləndirilməsi və davamlı inkişafın qlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva konfransın fəal və konstruktiv dialoq şəraitində keçəcəyinə əminliyini ifadə edib. O, təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanan təşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağını bildirib. "Övladlarımıza həyat dəyərlərini öyrədən, sülh və hörmət mədəniyyətini aşılayan qadınlardır. Onların dəstəyi humanist cəmiyyət üçün əsasdır. Hərtərəfli yardımın təmin edilməsi üçün qadın və uşaqlara dəstək mərkəzlərinin beynəlxalq şəbəkəsinin yaradılması zəruridir. Uşaqlara tibbi və psixoloji yardım, qadınlara sosial və hüquqi dəstək, operativ humanitar yardım, mobil tibbi qrupların formalaşdırılması mühüm məsələlərdəndir", - deyə Oğulcahan Atabayeva vurğulayıb. O, həmçinin qadınların sosial, siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindən danışıb.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il üç mühüm tarixin – Birləşmiş Millətlər Təşkilatının 80, Pekin Bəyannaməsinin 30 və Türkmənistanın daimi neytrallıq statusunun beynəlxalq səviyyədə tanınmasının 30 illik yubileylərinin qeyd edildiyini bildirib. "Türkmənistanın neytrallıq statusu ölkənin dialoq, vasitəçilik və əməkdaşlığın inkişafına istiqamətlənmiş xarici siyasətinin əsasını təşkil edir. Türkmənistanda qadınlar bu proseslərdə mühüm rol oynayırlar. Onlar ölkəni BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil edir, danışıqlara qatılır və çoxtərəfli dialoqun genişlənməsinə töhfə verirlər. Qadınlar, eyni zamanda, parlamentdə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, sosial müdafiə və səhiyyə məsələlərində fəal iştirak edirlər", - deyə baş direktor diqqətə çatdırıb.

Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ölkələrində qadın hüquqlarının müdafiə edildiyini diqqətə çatdıraraq deyib ki, qızlar və qadınlar üçün pulsuz magistr proqramları, dünyanın aparıcı universitetlərində təhsil almaq təqaüdlər təsis olunub. Hazırda xaricdə dövlət vəsaiti ilə təhsil alan tələbələrin 35 faizi qadınlardır. Biz, həmçinin qadın sahibkarlar üçün keyfiyyətli maliyyələşdirmə, mentorluq və dünya təcrübəsinə çıxış imkanı verən unikal sürətləndirici proqram yaratmışıq", - deyə o bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında qeyd edib ki, qadınların liderliyi, biliyi və təcrübəsi cəmiyyətin davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, o cümlədən beynəlxalq layihələri barədə məlumat verib. "Fond bir sıra ölkələrdə, eləcə də Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlandda məktəblərin tikintisi və yenidən qurulması layihələri həyata keçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturunun yenidən qurulması, eləcə də Keniya və Ruandada informasiya texnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icra edilib". O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakı layihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyini vurğulayıb. Qadınların müasir cəmiyyətdə xüsusi yer tutmalarından məmnunluğunu ifadə edən Fondun vitse-prezidenti onların ailə dəyərlərini və mədəni ənənələrin qoruyucusu olduqlarını deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil, səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatə etdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalq layihələrin həyata keçirildiyini söyləyib. O, çıxışı zamanı ortaq dəyər olan Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalması probleminə də toxunaraq deyib: "Xəzərin səviyyəsinin azalması nərə balığı, qızıl balıq və suitilər kimi dəniz canlılarının həyatına ciddi təsir göstərir. Xəzər sularının çirklənməsi onların vəziyyətini ağırlaşdırmaqda davam edir. Bu, birlikdə mübarizə aparmalı olduğumuz qlobal problemdir və mən dənizimizi xilas edə biləcəyimizə inanıram".

Digər çıxışçılar qadınların cəmiyyətdəki rolundan danışaraq, onların mədəni dəyərlərin, adət-ənənələrin və əxlaq qaydalarının əsas daşıyıcısı və qoruyucusu olduqlarını bildiriblər. Davamlı inkişafa nail olmaq üçün qadın potensialının siyasi və iqtisadi həyata maksimum cəlb edilməsinin vacibliyini vurğulayan çıxışçılar belə konfransların çoxtərəfli dialoq üçün mühüm platforma olduğunu diqqətə çatdırıblar. Qadınların potensialının tam reallaşmasına mane olan problemlərin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın möhkəmləndirilməsi zəruriliyi qeyd olunub.

Konfrans işini panel iclaslarla davam etdirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Trampa təşəkkür edib
Siyasət 19:00
Prezident Trampa təşəkkür edib
Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
Siyasət 18:58
Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Siyasət 18:45
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
ABŞ Konqresində 907-ci düzəlişin tam ləğvinə dair ilk qanun layihəsi təqdim edilib
Siyasət 18:38
ABŞ Konqresində 907-ci düzəlişin tam ləğvinə dair ilk qanun layihəsi təqdim edilib
Ceyhun Bayramov Macarıstana gedib
Siyasət 18:37
Ceyhun Bayramov Macarıstana gedib
Prezident Şahin Əliyevi vəzifəsindən azad edib - Sərəncam
Siyasət 17:40
Prezident Şahin Əliyevi vəzifəsindən azad edib - Sərəncam
Simonyan ümid edir ki, İstanbulda azərbaycanlı həmkarı ilə görüşəcək
Siyasət 15:14
Simonyan ümid edir ki, İstanbulda azərbaycanlı həmkarı ilə görüşəcək
Hikmət Hacıyev Benilüks ölkələri XİN-lərinin siyasi direktorları ilə görüşüb
Siyasət 13:36
Hikmət Hacıyev Benilüks ölkələri XİN-lərinin siyasi direktorları ilə görüşüb

İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Siyasət 12:51
İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol