ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib
Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib.Bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-u Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksəkvəzifəli nümayəndələri avqustun 8-də keçirilmiş Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ikitərəfli İşçi Qrupun ilk iclasını keçiriblər.
Görüş zamanı regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla, iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət müzakirə olunub.