• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
24.12.2025 20:32

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Raev Prezidenti doğum günü münasibətilə təbrik edib,ona sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.

Məktubda Azərbaycan prezidentinin ölkəsinin rifahı, sabitliyi və inkişafı naminə göstərdiyi liderlik təriflənib və bunun yalnız Azərbaycan üçün deyil, Türk dünyası üçün də qürur mənbəyi olduğu vurğulanıb.

Həmçinin məktubda Azərbaycanın Türk mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq səviyyədə tanıdılması sahəsindəki səyləri ilə TÜRKSOY-a verdiyi dəstək qeyd olunub,Əliyevin Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətindəki strateji baxışı yüksək qiymətləndirilib.

Məktubda İlham Əliyevə və Azərbaycan xalqına sülh, sabitlik və rifah arzulandığı bildirilir.

***

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda Yıldırım İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, onun liderliyini yüksək dəyərləndirib və bildirib ki, Əliyevin qətiyyətli mövqeyi yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir.

Yıldırım həmçinin dövlət başçısının strateji uzaqgörənliyinin və dövlətçilik fəaliyyətinin bölgədə sülh, sabitlik və gələcəyə inamın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. O, Prezidentə möhkəm cansağlığı, rifah və ali vəzifəsində daha böyük uğurlar arzulayıb.

***

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Pelleqini məktubunda Əliyevin doğum gününü səmimi şəkildə təbrik edib və ona möhkəm cansağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayıb. O, iki ölkə arasındakı ikitərəfli münasibətlərin möhkəmləndirilməsində Prezident İlham Əliyevin şəxsi xidmətlərini yüksək qiymətləndirdiyini bildirib.

Slovakiya Prezidenti münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və Əliyevin Slovakiyaya etdiyi ilk rəsmi səfərin bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.

Pelleqini eyni zamanda İlham Əliyevin onu Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etməsinə görə təşəkkürünü çatdırıb və gələn il bu səfərin baş tutacağına ümid etdiyini bildirib.

Məktubda həmçinin Prezident Əliyevə ailəsi ilə birlikdə xoş anlar arzulandığı, bununla yanaşı Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin gözlənildiyi vurğulanıb.

 

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda Əliyevin doğum günü münasibətilə səmimi təbriklər bildirilib və ona möhkəm cansağlığı arzu olunub.

Kobaxidze məktubunda Gürcüstan hökuməti və öz adından Əliyevi təbrik etdiyini vurğulayıb, Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri “tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq” kimi qiymətləndirib. O qeyd edib ki, bu münasibətlər regionda sabitliyin və rifahın təmin olunmasına töhfə verir və gələcəkdə daha da möhkəmlənməlidir.

Baş nazir həmçinin Azərbaycan xalqına sülh, rifah və uğurlar arzulayıb. Məktubda ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

***

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Ömüralıyev  məktubunda bu il oktyabrın 7‑də təşkilatın 12‑ci zirvə görüşünün Azərbaycanın Qəbələ şəhərində keçirildiyini xatırladıb və görüşdən məmnunluğunu ifadə edib.

O bildirib ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilat daha da güclənəcək və inkişaf edəcək.

Baş katib İlham Əliyevə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi töhfələrə görə təşəkkürünü çatdırıb və ona cansağlığı,Azərbaycanın inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

***

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti və Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda Auşev Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib və ona möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

O, Əliyevin Azərbaycan üçün həyata keçirdiyi sosial, iqtisadi və mədəni inkişaf strategiyasını yüksək qiymətləndirib və bunun ölkənin nüfuzunu beynəlxalq səviyyədə artırdığını söyləyib. Auşev prezidentin peşəkarlığını, siyasi kompromislər tapmaq bacarığını və çoxmillətli cəmiyyətin maraqlarına xidmət edən siyasətini vurğulayıb.

Təbrik məktubunda həmçinin Azərbaycanın əmin-amanlıq, sülh və tərəqqi şəraitində inkişafı üçün uğurlar dilənilib.

***

Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda Lebedev Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib və dövlət başçısının rəhbərliyi altında Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf etdiyini və beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyini vurğulayıb. Məktubda həmçinin MDB çərçivəsində inteqrasiya əməkdaşlığının dərinləşdirilməsi sahəsində Əliyevin ardıcıl mövqeyinə görə minnətdarlıq ifadə olunub. 

Lebedev məktubunda Əliyevin Azərbaycan üçün qarşıya qoyduğu strateji məqsədlərə nail olacağına əminliyini bildirib və ona möhkəm cansağlığı, rifah və gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Rəsmi məktubda həmçinin MDB-nin işbirliyinin gücləndirilməsi və qarşılıqlı tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində Prezident  İlham Əliyevin roluna yüksək qiymət verildiyi qeyd olunub. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev: Bakı və Abşeronun içməli su problemi üçün 2035-ə qədər dövlət proqramı hazırlanıb
Siyasət 15:32
Əliyev: Bakı və Abşeronun içməli su problemi üçün 2035-ə qədər dövlət proqramı hazırlanıb
Prezident müşavirə keçirib -su sistemlərinin modernləşdirilməsi müzakirə edilib/Yenilənib
Siyasət 15:25
Prezident müşavirə keçirib -su sistemlərinin modernləşdirilməsi müzakirə edilib/Yenilənib
Azərbaycanda ehtiyatdan çağırılan zabitlərin xidmət müddəti 1 ilə endirilib
Siyasət 14:18
Azərbaycanda ehtiyatdan çağırılan zabitlərin xidmət müddəti 1 ilə endirilib
İsrail XİN başçısı Bakıya gəlir
Siyasət 09:52
İsrail XİN başçısı Bakıya gəlir
Koffi İranda etirazlar fonunda Azərbaycanı “hazır olmağa” çağırıb
Siyasət 09:43
Koffi İranda etirazlar fonunda Azərbaycanı “hazır olmağa” çağırıb
Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
Siyasət 10:30
Xarici işlər nazirinin müavini İƏT-in Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 15:20
İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Siyasət 09:35
Azərbaycanın Meksikadakı səfiri etimadnaməsinin surətini XİN nümayəndəsinə təqdim edib
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Siyasət 16:01
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol