Azərbaycanda ehtiyatdan çağırılan zabitlərin xidmət müddəti 1 ilə endirilib
Azərbaycanda ehtiyatdan çağırılan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb.
Dəyişiklik Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara etdiyi düzəlişlərlə təsdiqlənib.
Qanunvericiliyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü olaraq həqiqi hərbi xidmətə daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 1 il müəyyən edilib.
Dəyişikliklərə görə, müddətli həqiqi hərbi xidmət zamanı zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək.