• $
  • £

İranda etiraz aksiyaları dayanıb - Reuters

İranda etiraz aksiyaları dayanıb - Reuters
16.01.2026 16:37

İranda son həftələrdə davam edən etiraz aksiyaları hakimiyyət qüvvələrinin ölümcül müdaxiləsindən sonra dayanıb. Bu barədə Reuters ölkədəki insan haqları təşkilatları və yerli sakinlərə istinadən xəbər verir.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin güc tətbiqi və kütləvi həbslər etirazların səngiməsi ilə nəticələnib. Mənbələr daha çox insanın saxlanıldığını bildirir.

Reuters yazır ki, ABŞ Prezidenti Donald Trampın etirazçılara qarşı qətllər davam edərsə, İrana müdaxilə edilə biləcəyi ilə bağlı açıqlamaları beynəlxalq gərginliyi artırıb. Tramp etirazçıları dəstəkləmək məqsədilə Tehrana qarşı bir neçə dəfə hərbi əməliyyatla hədələyib. Lakin çərşənbə günü Vaşinqtonun İrana təzyiqləri azaltmaq niyyətində olduğuna dair məlumatların yayılmasından sonra bu təhdidlərin də səngidiyi qeyd olunur.

Qeyd edilir ki, etirazlar dekabrın 28-də, sanksiyalar səbəbindən İran iqtisadiyyatının ciddi zərbə alması, inflyasiyanın sürətlə artması fonunda başlayıb. Aksiyalar qısa müddətdə genişlənərək 1979-cu il İslam İnqilabından bəri ölkəni idarə edən ruhani hakimiyyət üçün ən ciddi daxili sınaqlardan birinə çevrilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol