• $
  • £

ATƏT-in Bakı Ofisinin rəhbərinin diplomatik missiyası başa çatır

ATƏT-in Bakı Ofisinin rəhbərinin diplomatik missiyası başa çatır
16.12.2013 14:41
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqayı Azərbaycanda diplomatik missiyasını başa vurması münasibətilə qəbul edib.Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mədət Quliyev ATƏT-in Bakı Ofisi ilə əməkdaşlığın Penitensiar xidmət rəhbərliyinin daim diqqət mərkəzində və marağında olduğunu bildirib. Nazir müavini qonağa Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib. Qeyd olunub ki, ATƏT tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin, eləcə də xidmət əməkdaşları üçün təşkil olunan treninq-seminarların Penitensiar xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu vardır. ATƏT-in Bakı Ofisinin diplomatik missiyasını başa vurmuş rəhbəri Koray Tarqay qəbula görə minnətdarlığını bildirərək, penitensiar müəssisələrlə bağlı komitənin fəaliyyəti üçün Penitensiar xidmət rəhbərliyinin yaratdığı şəraitə görə minnətdarlığını və Azərbaycandakı fəaliyyətindən məmnun qaldığını bildirib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Siyasət 13:48
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Siyasət 13:43
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Deputat: regionlarda autizmli uşaqlar üçün mərkəzlər yaradılmalıdır
Siyasət 09:18
Deputat: regionlarda autizmli uşaqlar üçün mərkəzlər yaradılmalıdır
Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - Yenilənib
Siyasət 15:37
Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol