• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir

Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
26.01.2026 13:12

Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlər ilbəil inkişaf edir və yüksək səviyyəli qarşılıqlı səfərlər bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, strateji dialoq mexanizmləri, eləcə də iqtisadi komissiyaların iclasları əməkdaşlığın əsas dayaqlarını təşkil edir.

Hazırda İsrailin 124 şirkəti Azərbaycanda fəaliyyət göstərir.

 Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycan–İsrail əlaqələri ilk dəfə olaraq enerji resurslarının tədarükü çərçivəsindən kənara çıxıb və SOCAR Aralıq dənizində icra olunan layihədə 10 faiz pay əldə edib.

Nazir nəqliyyat və kənd təsərrüfatı sahələrinin də ikitərəfli əməkdaşlıqda xüsusi əhəmiyyət kəsb edən istiqamətlər kimi dəyərləndirildiyini vurğulayıb.

Ceyhun Bayramov əlavə edib ki, 2025-ci ilin ilk 11 ayı ərzində İsraildən Azərbaycana gələn turistlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
Siyasət 14:01
Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edən qanunu təsdiqləyib
İsrail Azərbaycana investiya qoymaq istəyir - İsrailin XİN naziri
Siyasət 13:23
İsrail Azərbaycana investiya qoymaq istəyir - İsrailin XİN naziri
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Siyasət 13:12
Nazir: Azərbaycan–İsrail münasibətləri ildən-ilə dərinləşir
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Siyasət 12:06
Bayramovun israilli həmkarı ilə görüşü başlayıb
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Siyasət 10:41
Prezident İsrail XİN rəhbərini qəbul edib - Fotolar
Daşaltı əməliyyatından 34 il ötür
Siyasət 00:22
Daşaltı əməliyyatından 34 il ötür
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Siyasət 21:53
Sahibə Qafarova Bəhreyndə daha bir görüş keçirdi
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Siyasət 20:18
Sahibə Qafarova bəhreynli həmkarı ilə görüşüb
Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib
Siyasət 10:05
Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol