BMT nümayəndəsi Hikmət Hacıyevlə görüşüb
BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, görüşdə Azərbaycanın çoxtərəfliliyə sadiqliyi və 2026–2030-cu illəri əhatə edən yeni Əməkdaşlıq Çərçivəsi əsasında tərəfdaşlığın davam etdirilməsi məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Paylaşımda qeyd olunub ki, BMT-nin Azərbaycandakı komandası ölkənin davamlı inkişaf üzrə milli prioritetlərinin dəstəklənməsinə sadiqdir.