Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Məhəmməd Əbdülsalam Azərbaycana əvvəlki səfərlərini və dövlət başçısı ilə keçirdiyi görüşləri məmnunluqla xatırladığını bildirib, Prezident İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə bir daha təbrik edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və mükafata görə minnətdarlığını ifadə edərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və ümumbəşəri dəyərlərinin beynəlxalq miqyasda təşviqində rolunu yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsinin Roma Papası XIV Leonun və Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyibin İlham Əliyevin sülhün təşviqi istiqamətində fəaliyyətinə verdiyi yüksək qiymətin ifadəsi olduğu vurğulanıb.