• $
  • £

Azərbaycan İranla quru sərhədi aça bilərmi?

Azərbaycan İranla quru sərhədi aça bilərmi?
09.02.2026 15:15

Azərbaycan və İran yüksək vəzifəli rəsmilər arasında aparılan danışıqlardan sonra quru sərhəd vasitəsilə sərnişin daşımalarının bərpası imkanını müzakirə edirlər. Bu barədə İranın mədəni irs, turizm və sənətkarlıq naziri Rza Salehi Amiri bildirib.

The Tehran Times qəzetinin yazdığına görə, nazir bu açıqlamanı Ərdəbil vilayətindən olan deputatlarla görüş zamanı səsləndirib.

Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian ilə birlikdə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev sərhədlə bağlı məsələyə “müsbət yanaşma” nümayiş etdirib.

Amiri qeyd edib ki, indiyədək Bakı təhlükəsizlik amillərini sərhədlərin açılmasına maneə kimi göstərirdi, lakin indi bu problemin aradan qaldırıldığını bildirib.

Onun sözlərinə görə, sərnişin keçidlərinin bərpası turizmin, sərhədyanı iqtisadiyyatın və ixracın inkişafına təkan verə bilər.

Nazir vurğulayıb ki, ötən İran təqvim ilində Ərdəbil vilayətini təxminən yeddi milyon nəfər ziyarət edib və bu rəqəmdə azərbaycanlı turistlərin payı artmaqdadır.

Ərdəbil vilayətinin general-qubernatoru Masud Emami Yeganə bildirib ki, Prezident Pezeşkian iki ölkənin sərhədyanı şəhərlərinin sakinləri üçün qısamüddətli vizaların verilməsinin vacibliyini də qeyd edib.

Bununla belə, Azərbaycan tərəfi İranla quru sərhədlərinin açılması məsələsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. COVID-19 pandemiyasının başlanğıcından bəri ölkənin quru sərhədləri bağlı qalır və karantin rejimi Nazirlər Kabinetinin qərarı ilə mütəmadi olaraq uzadılır. Son qərara əsasən, sərhədlər 1 aprelədək bağlı qalacaq.

Müşahidəçilər hesab edirlər ki, sərhədlərin açılması ilə bağlı qərar yalnız İranla münasibətlər kontekstində qəbul edilməyəcək və belə bir addım atılarsa, bu, bütün qonşu ölkələrə şamil oluna bilər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Siyasət 13:48
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Siyasət 13:43
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Deputat: regionlarda autizmli uşaqlar üçün mərkəzlər yaradılmalıdır
Siyasət 09:18
Deputat: regionlarda autizmli uşaqlar üçün mərkəzlər yaradılmalıdır
Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - Yenilənib
Siyasət 15:37
Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol