• $ 1.7
  • € 2.0105
  • ₽ 0.022069
  • ₺ 0.039
  • £ 2.3128

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib


İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
11.02.2026 12:49

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd etdi.

Dövlətimizin başçısı ölkəmizin islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxundu, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu dedi, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirdi.

Qonaq ilk növbədə dövlətimizin başçısına qəbula görə minnətdarlığını ifadə etdi.

Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd etdi və dünyanın dövlətimizin başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirdi.

Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə etdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını dedi, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxundu.

Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirdi.

Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırladı, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu dedi.

Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunuldu. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıldığını bildirdi, hazırda onların bərpa olunduğunu qeyd etdi.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Məsud Pezeşkian Azərbaycana təşəkkür edib
Siyasət 13:11
Məsud Pezeşkian Azərbaycana təşəkkür edib

İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Siyasət 12:49
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
Siyasət 09:53
Vens xanımı ilə Şəhidlər Xiyabanını ziyarət edib
İlham Əliyev və Cey Di Vens mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 21:44
İlham Əliyev və Cey Di Vens mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
D-8 sammiti İndoneziyada keçiriləcək
Siyasət 21:15
D-8 sammiti İndoneziyada keçiriləcək
Azərbaycan və ABŞ əməkdaşlığın əsas istiqamətləri üzrə işçi qruplar yaradacaq
Siyasət 20:01
Azərbaycan və ABŞ əməkdaşlığın əsas istiqamətləri üzrə işçi qruplar yaradacaq
ABŞ və Azərbaycan strateji tərəfdaşlıq xartiyasını imzalayıb
Siyasət 19:52
ABŞ və Azərbaycan strateji tərəfdaşlıq xartiyasını imzalayıb
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
Siyasət 19:39
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
Tramp marşrutu regionda sülhü gücləndirəcək - Prezident
Siyasət 19:30
Tramp marşrutu regionda sülhü gücləndirəcək - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol