Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib
Yaponiyanın Azərbaycandakı səfirliyi iki gün konsulluq xidmətləri göstərməyəcək.Bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat verilib.
"Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi bu gün və sabah (martın 2-3-də) konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırır", - məlumatda qeyd olunub.
***
Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb. Bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb.
“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, - məlumatda qeyd olunub.