• $
  • £

Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb

Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
02.03.2026 15:07

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.

Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər.

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Siyasət 15:52
Azərbaycan və Bəhreyn XİN-ləri: Bölgədəki gərginlik arzuolunmaz nəticələr doğura bilər
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Siyasət 15:07
Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Siyasət 14:52
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Siyasət 14:14
Ceyhun Bayramovla Kaya Kallas bölgədəki hərbi gərginliyi müzakirə edib
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Siyasət 13:50
Əli Əsədov BP nümayəndə heyəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini qeyri-müəyyən vaxta dayandırıb
Siyasət 12:54
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini qeyri-müəyyən vaxta dayandırıb
İran Azərbaycana həmrəylik üçün təşəkkür edib
Siyasət 11:39
İran Azərbaycana həmrəylik üçün təşəkkür edib
Rayli Barns bu gün Xəzər İbrahim ilə görüşəcək
Siyasət 09:10
Rayli Barns bu gün Xəzər İbrahim ilə görüşəcək
Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
Siyasət 17:45
Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol