Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisində törətdiyi hücumla bağlı narahatlıq duyduğunu bildirib.
Türkiyə lideri bu barədə “Esnaf ve senetkarlar” üçün təşkil edilən iftar proqramında çıxışı zamanı danışıb.
Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını xatırladaraq, hücuma görə üzüldüyünü və hadisəni qınadığını deyib.