Finlandiya Prezidenti İlham Əliyevə zəng edib
Finlandiya Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Stubb İranın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədar Azərbaycana dəstəyini ifadə edib.
Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.