• $
  • £

Şarl Mişel: Dünyada çoxtərəfli əməkdaşlıq zəifləyib

Şarl Mişel: Dünyada çoxtərəfli əməkdaşlıq zəifləyib
11.03.2026 16:03

 

Dünya hazırda paradoksal vəziyyətlə üz-üzədir, beynəlxalq sistem daha çoxqütblü xarakter alsa da, çoxtərəfli əməkdaşlıq mexanizmləri zəifləyir. Bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel bu fikirləri Bakı Qlobal Forumunun XIII toplantısına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Mişelin sözlərinə görə, hazırda beynəlxalq sistemdə böyük güclər arasında rəqabət yenidən kəskinləşir və bu proses müxtəlif regionlarda münaqişələrin sayının artması ilə müşayiət olunur.

“Dünya heç vaxt olmadığı qədər çoxqütblüdür, lakin eyni zamanda multilateralizm – yəni çoxtərəfli əməkdaşlıq sistemi – bəlkə də heç vaxt olmadığı qədər zəifdir,” – o bildirib.

Onun sözlərinə görə, son illərdə müşahidə olunan əsas tendensiyalardan biri də münaqişələrin daha geniş coğrafiyaya yayılması və daha çox ölkəni əhatə etməsidir.
Mişel qeyd edib ki, ənənəvi rəqabət sahələri – enerji və təbii resurslarla yanaşı – yeni strateji istiqamətlər də formalaşır. 

Bu istiqamətlərə texnologiyalar, nüvə texnologiyaları və digər yüksək strateji sahələr daxildir.

“Texnologiyalar sahəsində rəqabət, eləcə də nüvə texnologiyaları kimi strateji istiqamətlər dövlətlər arasında yeni qarşıdurma sahələrinə çevrilir,” –  o vurğulayıb.

Sabiq Avropa Şurası prezidenti həmçinin diqqətə çatdırıb ki, böyük və orta gücə malik dövlətlər artıq yalnız bir böyük gücə bağlı qalmaq istəmirlər.

“Onlar tərəfdaşlıqlarını şaxələndirməyə çalışır, öz talelərinə daha çox sahib olmaq və daha dayanıqlı olmaq istəyirlər,” – Mişel bildirib.

O əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı sistemi üzərində qurulmuş beynəlxalq nizam əvvəlki qədər təsirli görünmür. Bunun əsas səbəbləri isə qərarların icrasının zəif olması və zəruri institusional islahatların həyata keçirilməsindəki çətinliklərdir.
Belə bir şəraitdə beynəlxalq dialoq platformalarının əhəmiyyəti daha da artır.

“Bu forum kimi platformaların böyük əhəmiyyəti var. Müxtəlif təcrübəyə və fərqli peşəkar backgrounda malik təxminən 50 nüfuzlu şəxsin bir araya gələrək bir-birini dinləməsi və qarşılıqlı anlayışı artırmağa çalışması son dərəcə vacibdir. Çünki qarşılıqlı anlaşma düzgün qərarların qəbul olunması üçün ilk və ən vacib addımdır,” –  Mişel vurğulayıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol