• $
  • £

BMT rəsmisi: Hazırda dünyada 100-ə yaxın silahlı münaqişə var

BMT rəsmisi: Hazırda dünyada 100-ə yaxın silahlı münaqişə var
11.03.2026 16:38

Hazırda dünyada təxminən 100-ə yaxın aktiv silahlı münaqişə mövcuddur və beynəlxalq vəziyyət son dərəcə gərgin olaraq qalır. Bu sözləri BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa  Bakı Qlobal Forumunun XIII toplantısına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Espinosanın sözlərinə görə, qlobal təhlükəsizlik mühiti getdikcə daha mürəkkəb xarakter alır.

“Hazırda dünyada təxminən 100-ə yaxın aktiv silahlı münaqişə mövcuddur. Dünya müharibə vəziyyətindədir və Bakı Forumu artıq təkcə qlobal geosiyasətin məlumatlı təhlili üçün deyil, həm də yeni ideyalar, alternativlər və həll yolları üçün mühüm platformaya çevrilib”, –  o bildirib.

Onun sözlərinə görə, regionda vəziyyətin gərgin olmasına baxmayaraq, forum geniş beynəlxalq iştirakla seçilir.
Espinosa qeyd edib ki, tədbirdə dünyanın müxtəlif bölgələrindən 350-dən çox mütəfəkkir, siyasətçi, parlament üzvü, dövlət və hökumət başçısı iştirak edəcək.

“Bu, həm forumun əhəmiyyətini, həm də Azərbaycanın dialoq və səmərəli diplomatiya üçün mühüm məkan kimi rolunu göstərir”, –  o vurğulayıb.

O əlavə edib ki, forum çərçivəsində gənc nəslin fikirlərinə də xüsusi yer ayrılır və tədbir qlobal dialoq üçün geniş platforma yaradır.


Sabiq BMT Baş Assambleyası prezidenti bildirib ki, forumun əsas məqsədi qlobal problemlərin həlli üçün yeni ideyalar və alternativ yanaşmalar irəli sürməkdir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol