• $
  • £

Jean Baderschneider: Azərbaycan təhlükəsiz tranzit məkanı və qlobal dialoq üçün vacib platformadır

Jean Baderschneider: Azərbaycan təhlükəsiz tranzit məkanı və qlobal dialoq üçün vacib platformadır
11.03.2026 16:50

 

 Azərbaycan həm təhlükəsiz tranzit məkanı, həm də qlobal dialoq üçün mühüm platformaya çevrilir. Bunu “Fortescue Ltd.” şirkətinin İdarə Heyətinin üzvü, “The Global Fund to End Modern Slavery” təşkilatının təsisçisi və sədri, həmçinin “ExxonMobil” şirkətinin sabiq vitse-prezidenti (2000–2013) Jean Baderschneider  Bakı Qlobal Forumunun XIII toplantısına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Baderschneider qeyd edib ki, qlobal hava nəqliyyatının xəritəsinə baxdıqda Azərbaycanın strateji mövqeyi aydın görünür.
“Əgər internetdə hava hərəkətini göstərən saytlara baxsanız, görərsiniz ki, şərqdən qərbə uçan çoxlu sayda təyyarə Azərbaycan üzərindən keçir. Azərbaycan hava məkanı təhlükəsiz tranzit məkanı kimi istifadə olunur,” –  o bildirib.

O əlavə edib ki, ABŞ-dan Bakıya səfər etməzdən əvvəl bəzi insanlar ona regionda təhlükəsizlik vəziyyəti ilə bağlı ehtiyatlı olmağı tövsiyə ediblər.

“Mən ABŞ-dan gəlmişəm və bir çox insan mənə dedi ki, guya ‘müharibə zonasına getməməlisən. Amma hesab edirəm ki, bu forum çox vacibdir və Bakı sağlam məntiqə əsaslanan həll yolları üçün mühüm məkandır. Buna görə də burada olmaq vacibdir,” –  o vurğulayıb.

Onun sözlərinə görə, hazırda beynəlxalq təşkilatların fəaliyyətində müəyyən durğunluq müşahidə olunur, Birləşmiş Millətlər Təşkilatı də daxil olmaqla qlobal institutlara tənqidlər artır, eyni zamanda orta güclərin rolu yüksəlir.

Baderschneider hesab edir ki, belə bir şəraitdə Azərbaycan çoxtərəfli əməkdaşlıq və müxtəlif tərəfdaşlıqlar üzərində qurulan modeldə mühüm rol oynaya bilər.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol