• $
  • £

Antonio Kosta: Aİ Azərbaycanın Naxçıvana hücumu qətiyyətlə pisləyir

Antonio Kosta: Aİ Azərbaycanın Naxçıvana hücumu qətiyyətlə pisləyir
11.03.2026 17:38

 

Avropa Şurasının prezidenti Antonio Kosta regionda gərgin geosiyasi vəziyyət fonunda Avropa İttifaqının Azərbaycanla həmrəy olduğunu bəyan edib və İranın Naxçıvan hava limanına hücumunu qətiyyətlə pisləyib.

Kosta bildirib ki, Avropa İttifaqı Azərbaycan xalqı ilə tam həmrəydir və Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyəsinə göstərilən köməyə görə Bakıya təşəkkür edir.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir və son bir ildə tərəflər arasında münasibətlər yeni dinamika qazanıb. O qeyd edib ki, təhlükəsizlik, enerji, rəqəmsal inkişaf və nəqliyyat sahələrində əməkdaşlığın daha da genişləndirilməsi prioritet olaraq qalır.

Kosta bildirib ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə hazırlanır və bu, tərəflərin gələcək əməkdaşlıq barədə ortaq baxışını əks etdirir. Eyni zamanda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının araşdırıldığı qeyd olunub.

O vurğulayıb ki, enerji təhlükəsizliyi ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, Avropa Şurasının Versalda qəbul etdiyi qərardan sonra enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə mühüm rol oynayıb. İranda baş verən müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda Azərbaycanla enerji tərəfdaşlığının daha da vacib olduğu bildirilib.

Kosta həmçinin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaların və maliyyə resurslarının səfərbər edilməsinə hazırdır və Avropa təmiz texnologiya şirkətlərinin bu prosesdə daha fəal iştirakını təşviq edir.

O bildirib ki, nəqliyyat və əlaqələndirmə sahəsi də əməkdaşlığın mühüm istiqamətlərindəndir. Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni nəqliyyat marşrutlarının yaradılması baxımından strateji imkan yaradır və Bakı–Naxçıvan dəmir yolu xəttinin tamamlanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Kosta həmçinin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı məqsədlərini bölüşür. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişin tarixi əhəmiyyət daşıdığı vurğulanıb və Vaşinqton razılaşmalarının həyata keçirilməsinə dəstək ifadə olunub.

Avropa Şurasının prezidenti bildirib ki, həqiqi sülh yalnız siyasi razılaşmalarla deyil, iqtisadi əlaqələr, ticarət və ortaq rifah vasitəsilə möhkəmlənir.

O, İranın Naxçıvan hava limanına hücumunu qətiyyətlə pisləyərək bildirib ki, regional təhlükəsizlik və sabitliyin BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq hüquqa uyğun şəkildə qorunması vacibdir. Kosta əlavə edib ki, Avropa İttifaqı gərginliyin azaldılması və mülki əhalinin qorunması üçün diplomatiya və dialoq vasitəsilə bütün tərəfdaşlarla işləməyə hazırdır.

Onun sözlərinə görə, Yaxın Şərqdə və regionda eskalasiyanın artması yalnız region üçün deyil, həm də Avropa və dünya üçün təhlükə yaradır. Kosta həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin artıq beşinci ildir davam etdiyini və bunun Avropa üçün ciddi təhlükə olaraq qaldığını qeyd edib.

O bildirib ki, qlobal qeyri-sabitlik fonunda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Kosta əlavə edib ki, Avropa Siyasi Birliyinin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Sonda Avropa Şurasının prezidenti vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı davam etdirməyə və mövcud çağırışları yeni imkanlara çevirməyə sadiqdir. O, yaxın aylarda Azərbaycan Prezidentini Brüsseldə qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Antonio Kosta: Aİ Azərbaycanın Naxçıvana hücumu qətiyyətlə pisləyir
Siyasət 17:38
Antonio Kosta: Aİ Azərbaycanın Naxçıvana hücumu qətiyyətlə pisləyir
Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti
Siyasət 17:35
Hörmüz boğazı qlobal iqtisadiyyata risk yaradır - Dünya bankının keçmiş vitse prezidenti

Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər
Siyasət 17:06
Prezident İlham Əliyev və Antonio Koşta mətbuata bəyanatla çıxış edirlər
Jean Baderschneider: Azərbaycan təhlükəsiz tranzit məkanı və qlobal dialoq üçün vacib platformadır
Siyasət 16:50
Jean Baderschneider: Azərbaycan təhlükəsiz tranzit məkanı və qlobal dialoq üçün vacib platformadır
BMT rəsmisi: Hazırda dünyada 100-ə yaxın silahlı münaqişə var
Siyasət 16:38
BMT rəsmisi: Hazırda dünyada 100-ə yaxın silahlı münaqişə var
Vayra Vike: Qlobal çağırışlar fonunda dialoq platformaları daha da vacib olur
Siyasət 16:13
Vayra Vike: Qlobal çağırışlar fonunda dialoq platformaları daha da vacib olur

Prezident İlham Əliyev və Antonio Koştanın təkbətək görüşü keçirilir
Siyasət 16:09
Prezident İlham Əliyev və Antonio Koştanın təkbətək görüşü keçirilir
Şarl Mişel: Dünyada çoxtərəfli əməkdaşlıq zəifləyib
Siyasət 16:03
Şarl Mişel: Dünyada çoxtərəfli əməkdaşlıq zəifləyib
Belçikanın sabiq baş naziri: Azərbaycan regionda sabitliyin mühüm dayağına çevrilir
Siyasət 15:56
Belçikanın sabiq baş naziri: Azərbaycan regionda sabitliyin mühüm dayağına çevrilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol