• $
  • £

İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub

İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub
11.03.2026 22:27

Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olunub. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara toxunulub və bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulanıb.

Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olunub, 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirilib.

Görüşdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparılıb, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirilib. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulanıb. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunulub.

Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparılıb.

Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunmuş nailiyyətlər xüsusi qeyd edilib, Avropa İttifaqının da sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirilib.

Söhbət əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektvilərinə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı qəbul edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol