Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
2026-cı ildə azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait nəzərdə tutulub. Bunu baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2020–2025-ci illərdə dövlət büdcəsindən ümumilikdə 22 milyard manat vəsait ayrılıb.
Baş nazir vurğulayıb ki,, 2025-ci ildə bu məqsədlə 4,4 milyard manat vəsait yönəldilib.
Beləliklə, bu il də daxil olmaqla həmin istiqamətə ayrılan ümumi vəsait 25,5 milyard manata çatacaq.
Gülnar Nazimqızı