İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Prezident İlham Əliyev Seneqal Prezidenti Bassirou Diomaye Fayeyə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Əliyev Seneqal xalqını milli bayram münasibətilə təbrik edib, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.
O, həmçinin Fayeyə cansağlığı və işlərində uğurlar, Seneqal xalqına isə əmin-amanlıq və rifah arzulayıb.