Elmar Məmmədyarov Kiyevə getdi
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Kiyev şəhərinə yola düşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd sabah Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etməkdir. Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri planlaşdırılır. Qeyd edək ki, Azərbaycan XİN başçısının Kiyevdə erməni həmkarı Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.ANN.Az