• $
  • £

“Qarabağ məsələsinin həllini bilsəydim, Nobel alardım”

“Qarabağ məsələsinin həllini bilsəydim, Nobel alardım”
21.11.2013 16:09
“Gürcüstan həmişə öz təşəbbüslərində və qərarlarında gecikib”.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Rusiyanın  “Alte et Certe” analitik agentliyinin rəhbəri, politoloq Andrey Yepifantsev Tiflisdə Abxaziya dəmir yolunun açılması məsələsinin müzakirəsi məqsədilə keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib. Politoloq bildirib ki, əvvəl buraxılmış səhvləri təkrarlamaq olmaz: “İndi Abxaziya ilə danışıqlar pəncərəsini açmaq lazımdır. Mən Moskvadan gəlmişəm. Orada “Borjomi”nin qiyməti 2 dollardır. Ermənistandan gələn mineral su isə 80 sentdir. “Borjomi”nin qiyməti iki dəfə çoxdur. Yol həmişə həyat olub. Dəmir yolunun açılması iş yerlərinin də çoxalmasına səbəb olacaq, kənd təsərrüfatı dirçələcək. Bu, gözəl şansdır. Mən hələ siyasətə keçmirəm. Hələ iqtisadiyyatı dirçəltmək lazımdır, sonra siyasətdən danışmaq olar”. APA-nın “Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Azərbaycan Abxaziya dəmir yolunun açılışına razı olacaqmı?” sualını cavablandıran A. Yepifantsev bu məsələnin həllinin çətin olacağını söyləyib: “Son 20 ilə nəzər salsaq, Azərbaycanın taktikası Ermənistanı blokadada saxlamaq olub. Bu yolun açılması bu blokadanın yox olmasına şərait yaradar. Mən gözəl anlayıram ki, Azərbaycan nə üçün Abxaziya dəmir yolunun açılmasını istəmir. Lakin digər tərəfdən o, Gürcüstan və Abxaziyanın da maraqlarını nəzərə almalıdır. Bu məsələdə kompromis olmalıdır. Danışıqlara getmək lazımdır. Mən ümidvaram ki, Bakı nə qədər bu danışıqlara tez qoşularsa, o qədər yaxşı olar. Doğrudan da indi Gürcüstan güclü şəkildə Azərbaycandan asılıdır. Azərbaycandan Gürcüstana qaz, benzin və investisiya gəlir, hətta Türkiyə də bu ölkəyə investisiya yatırır. Azərbaycanın avtomobil yolları, dəmir yolu, neft boruları praktiki olaraq Gürcüstandan keçir”. Politoloq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün müsbət addım olduğunu bildirib: “Danışıqlar olmasa, müharibə baş verər. Gürcülər abxazlarla, azərbaycanlılar ermənilərlə danışmalıdır”. İşğal altındakı rayonlardan 5-nin Azərbaycana geri qaytarılmasının mümkünlüyünə dair sualı cavablandıran Andrey Yepifantsev bu məsələnin çox mürəkkəb olduğunu vurğulayıb: “Çox çətin sualdır. Mən Qarabağ məsələsinin həlli yolunu bilsəydim, Nobel mükafatına layiq görülərdim. Əgər ciddi danışıqlar aparılsa, Ermənistan bu torpaqların hansısa hissəsini geri verə bilər. Bu, mənim şəxsi fikrimdir. Lakin burada başqa fikir ortaya çıxır. Bu barədə mən erməni ekspertlərlə də söhbət etmişəm. Bu torpaqların əvəzinə bəlkə onlar Dağlıq Qarabağın tanınması məsələsini qaldıracaqlar və yaxud Azərbaycan tərəfinin hərbi güc tətbiq etməmək barədə öhdəlik götürməsini istəyəcəklər. Fikrimcə, bütün bu məsələlərin həlli və kompromis üçün hər iki tərəf hazır deyil”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Siyasət 18:27
Ceyhun Bayramov və Maksim Prevo arasında telefon danışığı olub
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Siyasət 15:26
Azərbaycanda şirkətlərin benefisiar sahibləri barədə məlumat maliyyə institutlarına açıqlanmayacaq
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
Siyasət 09:26
Prezident 31 Mart hadisəsi ilə bağlı paylaşım edib
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
Siyasət 08:47
XİN: 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılır
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Siyasət 08:44
31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 22:58
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Siyasət 19:52
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Siyasət 15:09
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
Siyasət 11:49
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol