Azərbaycanda 12 Noyabr – Konstitusiya Günü qeyd olunur

Bu gün Azərbaycanda müstəqil dövlətin Əsas Qanununun qəbul edilməsinin ildönümü — Konstitusiya Günü qeyd olunur.
Prezident Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi komissiya tərəfindən hazırlanan Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və həmin il noyabrın 27-də qüvvəyə minib. Bu sənəd müstəqil Azərbaycanın ilk, ölkənin ümumi tarixində isə 1921, 1925 və 1978-ci illərdə qəbul edilən sovet dövrü redaksiyalarından sonra dördüncü Konstitusiyasıdır.
5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanuna 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında keçirilmiş referendumlarla əlavə və dəyişikliklər edilib. Ölkədə ilk konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi isə 1998-ci il iyulun 14-də yaradılıb.
Bayram günü kimi qeyd olunmasına baxmayaraq, 12 noyabr ölkədə iş günüdür.

Son xəbərlər 
Daha çox 






















